27 İyun 2018 18:38
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çəkilmiş “Su - müharibə maşını” sənədli filminin təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Mirzəyev hər kəsi salamlayaraq, ötən gün Azərbaycan ordusunun sərgilədiyi hərbi paradın möhtəşəmliyindən danışıb.

Onu çıxışından sonra isə film nümayiş olunub.

Ü.Mirzəyev filmin rus, ingilis və ərəb dilində də yayımlandığını bildirib:
“Biz filmin maliyyə dəstəyi üçün Azərbaycan QHT Şurasına müraciət etdik. Onlardan dəstək alaraq, layihəni reallaşdırdıq. Mart ayında filmin ingilis dilində olan versiyasını 8-ci Dünya Su Forumunda təqdim etdik. 2 mindən çox insanın iştirak etdiyi auditoriyada bu filmin nümayişini həyata keçirdik”.

Daha sonra Elçin Mirzəbəyli çıxış edərək, Sərsəng su anbarı ilə bağlı informasiyaların təbliğ olunmasının Azərbaycanın haqlı davasının dünya miqyasına çıxmasında vacib olduğunu bildirib.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə su probleminin təkcə Azərbaycanda deyil, bütün dünyada olduğunu bildirib:

“Ermənilər tərəfindən Sərsəng su anbarının işğal edilməsi Azərbaycanın bəzi ərazilərinin susuz qalmasına səbəb olub. Birmənalı şəkildə belə filmlərin çəkilməsi və yalnız Azərbaycanda deyil, dünyada nümayiş etdirilməsi vacibdir”.

Tədbirdə jurnalist Azər Həsrət, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Trend İnformasiya Agentliyinin baş redaktoru Arzu Nağıyev və digər media təmsilçiləri iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər