Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları 5 nəfəri boğulmaqdan xilas edib.
Teleqraf.com FHN-nin saytına istinadən xəbər verir ki, xilasedicilər Nabran və Şirvandakı qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfəri xilas edib.