Saatsaz Sebastyan Rousso İsveçrə saatlarının mükəmməlliyindən danışdı.
Ümumilikdə, İsveçrə saatları dünyanın ən yaxşısı hesab olunur. Saat istehsalı sənayesində həssaslığı və saat işlərinin keyfiyyətinə görə rəhbərlik edirlər. QNET İsveçrə saatlarının dizayn və istehsalında bir veteran olan saat ustası Sebastyan Rousso ilə həmsöhbət olmaq üçün unikal imkana malik idi.
Siz onu əvvəlki V-Con-da CIMIER® kabinəsində işləyərkən görə bilmişsiniz. İsveçrə saatlarının quruluşu haqqında söylədiklərini diqqətinizə çatdırırıq.
Tarixi mükəmməllik
Saat istehsalı İsveçrənin tarixində 400 ildən çoxdur ki, mövcuddur. İsveçrəli saatsazlar həmişə əfsanəvi bacarıq və mükəmməlliyi üçün məşhur olmuşdur.
Texniki sənətkarlıq sirri və mexaniki hərəkət detallarının quruluşu nəsillərdən nəsillərə ötürülür.
İsveçrə saatı nədir?
"Swiss Made" markası, bir saatın yüksək keyfiyyətə və dəqiqliyə malik olduğunu hüquqi olaraq təsdiqləmək üçün 1880-ci ildə yaradılmışdır. Saatın "İsveçrə" istehsalı olaraq adlandırılması üçün onun mexanizmi, korpusu və son müayinəsi yalnız İsveçrə ərazisində aparılmalıdır.
İsveçrə kökləri bir ənənədən gələn unikal keyfiyyəti olan saat istehsalında birinciliyi qoruyub saxlayır. Digər ölkələrdən olan saat istehsalçılarının belə bir nüfuza malik olmadıqlarına səbəb odur ki, onların İsveçrə saat istehsalçılarının riayət etdiyi ciddi standartları yoxdur.
Kiçik daş qollar
Əfsanəvi İsveçrə mexanizmi sürtünməni azaltmaq məqsədilə yaqut kimi ağır daşlardan hazırlanmışdır. Bilməyənlərə qəribə səslənə bilər, ancaq bu tarixi qədimlərə gedən texnika əqrəblərin dəqiq hərəkətini təmin edən bir sirrdir.
Metallar tez-tez əqrəblərin hərəkətlərində istifadə olunur. Lakin metal metal üzərində hərəkət edərkən yeyilir, onlar pivotlara və saatın davamlılığına mənfi təsir göstərir. Lakin ağır daşlar daha uzunmüddətli hərəkəti daha dəqiq bir şəkildə təmin edir.
Əqrəblərin hamar axınını yaratmaq üçün daşlar yağlanmasında xüsusi yağdan istifadə olunur, beləliklədə yeyilmənin ehtimalı azaldılır. İsveçrədə hazırlanan saatlarda istifadə edilən materiallar inanılmaz dərəcədə möhkəm və korroziyaya davamlıdır. Bu o deməkdir ki, sərt iqlim və istiliklərə məruz qaldıqda ləkələnmə ehtimalı azdır.
Başqa bir amil isə bütün mürəkkəb parçaların əl ilə yığılmasıdır. Metal komponentləri və sancaqlar birinci növ materiallardan əl ilə hazırlanır ki, bu da saatların zamanın sınağından keçməyə imkan yaradır.
Verdiyiniz pula dəyər
Bildiyimiz kimi, İsveçrə saatları müxtəlif lüks markalar tərəfindən istehsal olunur. Əlbəttə ki, yüksək səviyyəli İsveçrə saatları bahalılar tərəfdədir. Lakin ən yaxşı saat üçün ödəmiş olduğunuz pulunuz qarşılığında yaxşı bir dəyər əldə edəcəksiniz.
Keyfiyyət qalsın bir qırağa, bilin ki, bir İsveçrə saatı sifariş etdiyiniz zaman ondan daha üstün olanını alırsınız. Siz ənənə və mükəmməlliyin qədimlərdən gələn tarixini əldə edirsiniz. Bu, fəxr olunası və gələcək nəsillərə ötürülməli olan bir hissdir.