“Hazırda məzuniyyətdəyəm, məsələdən tam məlumatı deyiləm. Ancaq onu deyə bilərəm ki, belə bir yardım olubsa, onun fərqli təqdimatı insanları çaşdırır. Söhbət insani yardımdan gedirsə, insanların hansı millətdən olmasının heç bir əhəmiyyəti yoxdur. İnsanlara edilən yardımların bu cür yozulması nə qədər doğrudur, bilmirəm”.
Teleqraf.com bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında “Azərsun” Holdinqin ictimaiyyətlə əlaqələr deparatamentinin rəhbəri Afiq Səfərov təmsilçisi olduğu biznes qurumun İraqda yaşayan yezidi kürdlərə yardım etməsi ilə bağlı ölkə mediasında yazılanlara münasibət bildirərkən deyib
Qurumun media departamentinin rəhbəri ölkə mediasından da gileylənib:
“O yazıdan məlumatım var. Zaman-zaman müxtəlif media qurumlarında gördüyümüz xeyriyyə işlərini başqa yerlərə bağlanmağa çalışılır və yalnış səpkidə yozularaq təqdim edilir”.
Afiq Səfərov vurğulayıb ki, holdinqə qarşı qarayaxma kampaniyaları hər zaman olub və bunların əsassız olması da isbatlanıb:
“Bir zamanlar “Azərsun” holdinqin hər hansı bir terror qrupları ilə əlaqədar olması məsələsi gündəmə atılırdı. Zaman keçdikcə bunların hamısının iftiradan başqa bir şey olmadığı isbat olundu. Holdinqin rəhbəri Abdolbari bəy Türkiyədə ən yüksək səviyyəli dövlət təmsilçiləri ilə görüşlər keçirib. Türkiyədə dəfələrlə yardımlar edib. Həm də necə olar ki, konket hər hansı bir etnik qrupa yardım edilməsi yazılsın. Yardım problemli bölgəyə edilib. İnsanlara yardım edəndə onların şəxsiyyət vəsiqəsinə baxılıb yardım edilmir axı. Həm də həmin bölgədə yetəri qədər türkmənlər də yaşayır. Ona görə bu iddiaların hamısı absurddur”.
Xatırladaq ki, ölkə mediasında “Azərsun” holdinqinin prezidenti Abdolbari Gozalin İraqın şimalındakı Sincar dağlarında “İraq və Şam İslam Dövləti” yaraqlılarının mühasirəsində qalan minlərlə yezidi kürdə ərzaq yardım etmək üçün Britaniya şirkətindən saatda 4 min isti yemək hazırlaya bilən yeni texnoloji avadanlıq alıb.