3 İyul 2018 09:47
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Teleqraf.com-a bildirib ki, ölkə ərazisində fəaliyyət göstərən xəstəxanalar generatorla təchiz olunub: "Elektrik enerjisinin verilişi dayandırıldıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanaları fasiləsiz elektrik enerjisi ilə təmin edib. Xəstələr arasında ölüm faktı qeydə alınmayıb".

İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər