15 Avqust 2014 16:04
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin atəşkəsi pozması nəticəsində yaralanan və Ankarada müalicə olunan Azərbaycan əsgərləri yaxın 1 ay ərzində vətənə qayıdacaqlar.

Teleqraf.com TTV-yə istinadən xəbər verir ki, hazırda vəziyyətləri qənaətbəxş olan əsgərlərimiz və onların yaxınları göstərilən qayğı və diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Ankarada, Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunan əsgər Sərxan Tahirzadə isə artıq palataya köçürülüb. “Mən vətənimə görə, canımdan keçməyə hazıram. Təki vətən sağ olsun” deyən yaralı əsgər hər zaman vətənin keşiyində durmağa hazır olduğunu bildirib. Digər yaralı əsgər Elvin Əsgərov isə yaxın 2-3 gün ərzində palataya köçürüləcək.

Həkimlər Ankara Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunan əsgər Ədalət Məmmədovun vəziyyətinin də qənaətbəxş olduğunu söyləyirlər. Yaralıların vəziyyətinin getdikcə yaxşılaşdığını deyən əsgərlərin yaxınları da göstərilən diqqət və qayğıdan razılıqlarını bildirirlər. Xəstəxanadan verilən məlumata görə, hazırda müalicələri davam edən əsgərlər yaxın bir ay ərzində vətənə qayıdacaqlar.


Müəllif:

Oxşar xəbərlər