Gənc qızların ağlında cinsi həyatla bağlı çox sual var. Ən çox da qızlıq pərdəsi ilə bağlı mövzular qızları narahat edir. Uşaqlıqdan etibarən seksin qorxulu olduğuna inandırılan qızlar böyüdükdən sonra da bu qorxulardan xilas ola bilmirlər.
Onları ən çox qorxuya salan isə bakirəliyi itirməkdir.
Bəs cəmiyyətin qızlara ailə həyatı qurana kimi qoruyub saxlamağı təlqin etdiyi bu qızlıq pərdəsi nə olan şeydir? Qızlıq pərdəsinin hansı funksiyaları var? Qızlıq pərdəsi cinsi əlaqə olmadan da açıla bilər mi? İlk dəfə cinsi əlaqəyə girəndə qanama mütləq olmalıdır?
20 ildir bu mövzularda məktəblərdə və universitetlərdə dərslər deyən Dolunay Kadıoğlu bu suallara cavabı “Cinsi əlaqə və özünü yardım” kitabında verib. Həmin kitaba istinadən maraqlı məlumatları sizə təqdim edirik:
Qızlar ilk cinsi əlaqə zamanı çox qanama olacağından qorxurlar. Onların inandıqları digər yanlış bilgilər isə qızlıq pərdəsinin qalın olduğu, o aradan qalxarkən çox ağrı verəcəyidir. Ancaq bunların heç biri doğru deyil
Qızlıq pərdəsi vaginanın 2 və ya 3 sm içərisində ortası boş nazik bir pərdədir. Cinsi əlaqə zamanı pərdəyə çox vaxt çəhrayı və ya qəhvəyi rəngli maye gəlir.
Qanamanın olması normal deyil. Qanama qadını seksə hazırlamadan, sevişmədən, ona həzz vermədən birbaşa cinsi əlaqəyə girmənin nəticəsidir. Bunun təcavüz etməkdən heç bir fərqi yoxdur. Seks bir vəzifə deyil. Seksdən partnyorlardan hər ikisi zövq almalıdırlar. Bu zifaf gecəsi üçün də keçərlidir. Evlənməyə bakirə qız axtaran oğlanlara xatırladaq ki, elə bir qızı alıb toy eləmisinizsə, tələsməyinizə lüzum yoxdur. Artıq evlisiniz, ona görə də qadına əzab vermədən, seksə nifrət etdirmədən cinsi həyatınızı normal şəkildə qurun.
Qadının namusu olduğu deyilən bu kiçik pərdə doğurdanmı onların əxlaqını yoxlamaq üçün yaradılıb?
Əlbəttə ki, yox! Əslində bu pərdənin tək bir funksiyası var. O da gənc qız yetişkin yaşına çatana, hormonları düzgün ifraz olunana qədər onun bədəninə zərər verə biləcək qıllardan, mikroblardan və s. qorumaqdır.
Yəni qızlıq pərdəsi qadın bədənində baryer yaradaraq onu xarici aləmin mənfi təsirindən qoruyur.
Ancaq qız aybaşı olduqdan, yəni yetişkinliyə addım atdıqdan sonra bu pərdənin heç bir mənası qalmır.
Pərdənin və vaginanın quruluşu kişinin cinsiyyət orqanının içəri girməsini asanlaşdırır. Yəni seksdən qarşılıqlı həzz alınırsa, heç vaxt ağrı hissi olmamalıdır. Əlbəttə hansısa xəstəliklər, xüsusilə də vaginizm seks zamanı ağrıya səbəb ola bilər. Bu zaman mütləq həkimə müraciət edib, müalicə olunmaq lazımdır.
Onu da qeyd edək ki, sperma vaginanın üzərinə axıdılıbsa, hamiləlik riski ola bilər. Qızlıq pərdəsinin hamiləlikdən qoruması tamamilə yanlış fikirdir. Yəni bakirə bir qız da hamilə qala bilər. Qızlıq pərdəsi vaginaya girişi bağlamır. Əgər belə olsaydı, hər aybaşı zamanı oradan qan gələ bilməzdi.
Qızlıq pərdəsinə namus və əxlaq anlayışlarını yükləyənlər arada bir internetdən digər ölkələrin bu mövzudakı mentalitetini araşdırsınlar. Bu zaman görəcəklər ki, hər cəmiyyətdə bu fərqli qarşılanır. Məsələn elə qəbilələr var ki, onlarda qız evlənmədən öncə mütləq bakirəliyi pozulmalıdır. 15 yaşından sonra bakirə olmağa davam edən qızların gülüş obyektinə çevrildiyi cəmiyyətlər də var. Bu da çox yanlışdır. Cinsi əlaqəyə girib girməmək, qadının öz seçimi olmalıdır. Buna kimlərinsə başqa mənalar yükləməsi və ya qadını bakirə qalmağa ( ya da əksinə bakirəliyini itirməyə) zorlaya bilməz.
/tabloid.az/