Bakıda şadlıq evində partlayış olub.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb. Vətəndaşa məxsus şadlıq evinin ərazisində məişət qaz balonunda partlayış baş verib. Nəticədə ərazidə 2 kv.m sahədə taxta qırıntıları yanıb.
Partlayış zamanı ərazidə olan 2 nəfər işçi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Hər birinin həcmi 50 litr olmaqla 4 ədəd məişət qaz balonu və tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.