12 İyul 00:15

Gəncədəki iğtişaşa cəhdin qarşısının alınmasında xüsusi şücaət göstərərkən xəsarət alan polis zabitlərindən biri də Samir Bayramovdur.

Teleqraf.com "Gununsesi"nə istinadən xəbər verir ki, polis zabiti İlqar Balakişiyevin vurulduğunu görən Samir Bayramov silahlıları zərəsizləşdirmək üçün onalara doğru irəlləyib. Hadisə də bu zaman baş verib.

Samirin Daxili Qoşunlarda xidməti zamanı topladığı təcrübə və fiziki imkanları onun sağ qalmasına kömək edib. Şahidlərin sözlərinə görə, müxtəlif hərəkətlərlə Samir xəncərin qarnına girməsinin qarşısını ala bilib.

Samir ayağından ağır yara alsa da həyatı üçün təhlükə yoxdur.

Gununsesi.info xəncərlə ayağından yaralanan Samir Bayramovun fotolarını əldə edib.


Müəllif: Teleqraf.com
Загрузка...