17 İyul 2018 14:26
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gəncə həmişə bizim diqqət mərkəzimizdədir. Çünki Gəncə İmam Hüseyn şəhəridir. Gəncədə baş verən sonuncu hadisələr bizi çox məyus etdi. Bu hadisələri biz terror aktı kimi qiymətləndiririk".

Bunu Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən müşavirədə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

"Bu, düşünülmüş şəkildə ölkədəki sabitliyi, əmin-amanlığı pozmaq, dövlətə və dövlət xadimlərinə qarşı təxribatdır. Bu təxribatların törədilməsində Azərbaycanın qonşu dövlətlərinin, xüsusən də Ermənistanın, onların yoldaşlarının, əlaltılarının və köməkçilərinin əli var", - deyə, A.Paşazadə əlavə edib. /Report/

***

11:35

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün səhər saatlarında Gəncə şəhərinə gedib.

Şeyxi QMİ-nin nümayəndə heyəti müşayiət edir. Allahşükür Paşazadənin Gəncədə törədilmiş iğtişaşlar, icra başçısı Elmar Vəliyevə və iki polis zabitinə qarşı sui-qəsd hadisələrilə bağlı şəhər ictimaiyyəti, dindarlarla görüşəcəyi bildirilir. Görüşlərdə şeyxin ictimaiyyəti, din adamlarını İslam adından sui-istifadə hallarına qarşı birliyə çağıracağı gözlənilir.

Allahşükür Paşazadə həmçinin, Gəncədəki iğtişaşlar zamanı həlak olmuuş iki polis zabitinin ailəsinə baş çəkəcək, onlara başsağlığı veriləcək.

Rəsmi məlumatlara görə, iyulun 10-da Gəncə şəhərində törədilmiş hadisələrlə bağlı 20-dən çox adam həbs edilib.

Eyni zamanda, məlumata görə, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 10-dan çox adam tutulub, axtarılanlar var.../Unikal.org/


Müəllif:

Oxşar xəbərlər