18 İyul 2018 08:43
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil eksperti Etibar Əliyev Nikolay Kopernikin Nəsrəddin Tusinin “Tusi cütlüyü” konstruksiyasından plagiatlıq etdiyi versiyasını irəli sürüb.

Teleqraf.com-un məlumatına görə, amerika fiziki, Əbdüs Salamla birgə 1979-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülmüş Stiven Vaynberqin 2015-ci ildə “Müasir elmin mənbəyi” adlı kitabının işıq üzü gördüyünü bildirən Etibar Əliyev fizikə istinadla maraqlı detalı qeyd edib.

Təhsil eksperti vurğulayıb ki, Vaynberq kitabda bir çox alimlərin Nikolay Kopernikin ət-Tusi tərəfindən düşünülmüş “Tusi cütlüyü” adlanan planetlərin hərəkətinə dair həndəsi konstruksiyasından istifadə etməsinə xüsusi əhəmiyyət verdiyini yazıb: “Vaynberq qeyd edib ki, mübahisəli məqam yaranıb: Kopernikin “Tusi cütlüyü” haqqında hansısa ərəb mənbələrindən məlumatı olubmu, yoxsa bunu özü düşünüb? Ancaq etiraf etmək lazımdır ki, Kopernik əsərlərində 5 böyük ərəb aliminin, o cümlədən əl-Battanin, əl-Bitrucinin və İbn Rüşdün adlarını çəkmişdi. Ancaq ət-Tusi haqqında bir cümlə belə işlətməmişdir”.

Etibar Əliyevin fikrincə, Kopernik Nəsrəddin Tusidən köçürüb: “Bunun adı plagiatlıq deyilsə, bəs nədir? Xatırladıram ki, Nəsrəddin Tusi 1201-ci ildə anadan olub 1274 -cü ildə dünyasını dəyişib, Kopernik isə 1473-cü ildə doğulub, 1543- cü ildə dünyasını dəyişib”, -deyə ekspert bildirib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər