18 İyul 2018 10:59
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Qənirə Paşayevanın adına “Facebook” sosial şəbəkəsində saxta profil yaradılıb.

Teleqraf.com xəbər verir ki, olay deputatı hiddətləndirib. O, bu barədə aşağıdakıları bildirib:

“Bunu kim edibsə, dünyadakı ən əxlaqsız, tərbiyəsiz adamlardan biridir, oğrudur. Əziz dostlar, mənim adıma rəsmi səhifəmlə eyni adda səhifə açıb, ora rəsmi səhifəmdəki foto və məlumatları qoyub və tanınmış insanlara dostluq göndərən bu əxlaqsızın göndərdiyi dostluqları qəbul etməyin və ondan şikayət göndərin. Bu əxlaqsız kimdirsə, həm də peşəkar əxlaqsızdır. Səhifəni açan kimi məni əngəlləyib ki, mən bu səhifəni görə bilməyim. Yaxşı ki, dostlar xəbər verdi və linki göndərdi. Bunu edən adamda bir az da olsa, əxlaq anlayışı varsa, səhifəni qapasın, yoxsa rəsmi yollarla şikayət edib bu admini tapacaq və tədbirlər görüləcək”.

Q.Paşayeva qeyd edib ki, onun adına olan səhifələrdən hansında dostluğunuz varsa, çox izləyici və 5000-ə yaxın dost varsa, rəsmi səhifə odur, digəri fırıldaqçının açdığı səhifədir. Deputat bu yalançı səhifəni şikayət etməyi xahiş edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər