20 İyul 2018 13:19
1 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ən sevindirici xəbəri diaspora ilə iş üzrə dövlət komitəsinin sədri Fuad Muradovun Ukraynadakı ikiyə bölünmüş diaspora qurumumuzun təmsilçilərini bir araya gətirməsi oldu. Bu olduqca ciddi bir hadisədir. Bu, nəhayət ki, sadə formul tapıldı, intriqaları bir tərəfə buraxıb, Azərbaycan naminə insanlarımızı xaricdə bir amal ətrafında toparlamağın mümkünlüyünə inamı artırdı.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

“İndi bundan sonra niyə xaricdə olan mühacirətimizin fərqli fikirlərini qoruma şərti ilə Azərbaycan naminə ümummilli hədəflərə doğru yönləndirilməsini gerçəkləşdirməyək? Bir komitə sədrinin nümunəsində göründü ki, çözülməyəcək bir problem yoxdur, sadəcə istəmək lazımdır.

Xarici ölkələrdəki “bezdarnı” qaqaşların əvəzinə səfirliklərə daha sanballı və məsuliyyətli əməkdaşları, peşəkar kadrları göndərməklə qısa müddətdə bu işi daha da irəlilətmək mümkündür. Siyasət də də bunu etməyin yolları düşünülməlidir. Dini icmalar arasında da ağlı başında olan insanlar oturub məzhəb, təriqət və dünyagörüş fərqliliklərini bir kənara qoyub Azərbaycan naminə birlik nümayiş etdirməyi bacarmalıdırlar. İstəyəndə olur, sadəcə niyyət doğru olduğunda, işlər də öz lazımi məcrasına düşür”, - deyə millət vəkili qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu