20 İyul 2018 14:37
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Elman Paşayevi vicdanlı, peşəkar, öz işini sevən, xeyirxah, yaxşı ailə başçısı, yaxşı azərbaycanlı kimi tanıyıram. Harada olmasından asılı olmayaraq, onun həmişə bir Azərbaycan sevgisi olub.

Teleqraf.com xəbər verir ki, bunu hüquqşünas Elman Paşayevin həbsi ilə bağlı açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bildirib.

O qeyd edib ki, E.Paşayevlə bağlı baş verən son olaylarla əlaqədar müfəssəl bilgisi olmasa da, bu həbsin arxasında müəyyən qara niyyətlərin, əllərin olduğunu güman edir:

“Elman Paşayev son dövrlərdə böyük bir partiyanın liderlərindən biri idi. O, Qarabağ münaqişəsində çox ciddi mövqe nümayiş etdirirdi. Mən media nümayəndələrinə müraciət edirəm ki, Elman Paşayevlə bağlı yazılarında diqqətli olsunlar. Ciddi araşdırma apardıqdan sonra informasiyanı yaysınlar və bu məsələyə həssas yanaşsınlar”.

Qeyd edək ki, bu günlərdə Moskva ətrafının Mıtışinski şəhər məhkəməsi beynəlxalq hüquq şirkəti “Elman Qrup”un başçısı Elman Paşayev barəsində iki aylıq həbs qərarı verib.


Müəllif: Səxavət

Oxşar xəbərlər