20 İyul 2018 15:43
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il ərzində 124 nəfər sürücü işdən azad edilib.

Teleqraf.com xəbər verir ki bunu "BakuBus"-ın direktor müavini Azər Qasımov deyib. O bildirib ki, bu il üçün isə 85 nəfər sərnişin şikayətlərinə görə işindən azad edilib:

"İl ərzində 4-5 dəfə 3 saata yaxın seminarlar olur. Onlara nizam-intizam qaydalarına dair, sərnişinlərə davranış qaydalarına dair iclaslar olur. Lakin buna əməl etməyən sürücülər olur. Biz xaricdən ən son standartlara uyğun avtobuslar gətirə bilərik, lakin sürücü gətirə bilmərik".

Qurum rəsmisi onu da əlavə edib ki, 200-300 nəfər isə kobud rəfdar və qaydalara əməl etmədikləri üçün tənbeh olunublar:

"Bizim avtobusların çox ağır yol nəqliyyat hadisələrində adları hallanmır. Bunun səbəbi nəqliyyat sahəsində güclü ekspertlər vasitəsilə sürücülərə peşəkar təlimlərin keçirilməsidir".

Azər Qasımov qeyd edib ki, "BakuBus" ev heyvanlarının və içkili sərnişinlərin avtobusa girişinə qadağa qoyub.

O qeyd edib ki, qəfəs olmadan ev heyvanlarının avtobuslara girişi qadağandır:

"Bunu biz demirik. Bu qanun Nazirlər Kabinetinin əsasnaməsində də öz əksini tapıb. Biz sürücülərimizə tapşırmışıq ki, qanunlara uyğun olaraq sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər. Çünki, vəziyyətlə əlaqədar onlar müəyyən narahatlıq yaradır ki, bu da avtobuslar arası intervala təsir edir".


Müəllif: Könül

Oxşar xəbərlər