"Fortune" jurnalı yaşı 40-dan aşağı olan dünyanın 40 ən nüfuzlu gəncindən ibarət illik reytinqini dərc edib.
Teleqraf.com "İKTnyus"a istinadən xəbər verir ki, "40 under 40" reytinqində ilk pilləni 34 yaşlı iş adamları bölüşdürürlər:
"Facebook"un həmtəsisçisi və direktoru Mark Zukerberq, həmçinin "Facebook" şirkətinə məxsus "Instagram" sosial şəbəkəsinin direktoru Kevin Sistrom.
Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, "Airbnb" startapının həmtəsisçisi və direktoru 36 yaşlı Brayan Çeski reytinqdə 5-ci , "Dropbox" şirkətinin rəhbəri 35 yaşlı Dryu Hyuston və "Spotify" şirkətinin direktoru 35 yaşlı Deniyel Yek isə 8-ci pillədə qərarlaşıblar. "Snap"ın rəhbəri 28 yaşlı Evan Şpiqel 16-cı, müğənni Rianna isə 21-ci yeri tutublar.