22 İyul 2018 08:05
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, regionda müharibənin yenidən başlaması təhlükəsi həmişə mövcuddur və buna hazır olmaq lazımdır. Lakin onun fikrincə, Rusiya imkan verməz ki, Azərbaycan müharibəyə başlasın. “Hamı başa düşür ki, Rusiya superdövlət kimi regionda müharibənin başlamasına yol verməmək üçün imkanlara malikdir. İnana bilmərəm ki, Ermənistanın dostu və strateji müttəfiqi Rusiya müharibənin başlamasına yol verməmək üçün öz rıçaqlarından istifadə etməsin. Hamı kimi mən də əminəm ki, Rusiya Azərbaycanın müharibəyə başlamasına yol verə bilməz”, – deyə Paşinyan deyib. Bəs, N.Paşinyan bununla nə demək istəyir? O, bu sözlərlə Ermənistanın Azərbaycan qarşısında gücsüz olduğunu etiraf edirmi?

Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran politoloq Ramiyə Məmmədova deyib ki, N.Paşinyan inqilab nəticəsində, yəni Rusiyanın birbaşa adamı Serj Sərkisyanı devirərək hakimiyyətə gəlmiş siyasətçidir və onun hakimiyyətə gəlişi Rusiyanın istəyi ilə olmadığı üçün birmənalı qarşılanmır:

“Paşinyan qərbyönümlü siyasətçi kimi qəbul edilir. Yəni, Rusiya Ermənistana əvvəlkindən fərqli olaraq daha az inanır və hər an satqınlıq gözləyir. Bu barədə Rusiya KİV-lərində məlumatlara rast gəlinir. Lakin Paşinyan regionda Ermənistanın tək dostu və havadarı Rusiyanın ondan tamam əlini çəkdiyi zaman ölkəsinin vəziyyətinin nə dərəcə ağır olacağını başa düşür və bunun üçün də Rusiyaya yaltaqlanmaq niyyətilə “Mən bilirəm ki, əsrlər boyu bizə dost olmuş Rusiya imkan verməz ki, Azərbaycan müharibəyə başlasın” deyir. Lakin bu sözləri deyərkən belə Paşinyan onun hazırkı siyasətini Rusiyanın dəstəkləmədiyi bilir. Putinə bir növ “mən də Sərkisyan kimi sizə qulluq edəcəyəm” mesajıni göndərir”.

R.Məmmədova qeyd edib ki, N.Paşinyan Qarabağ məsələsinin nə dərəcədə çətin mərhələdə olduğunu anlayır:

“Paşinyan hər çıxışında Azərbaycanın təxribata əl atdığını, müharibəni başlamaq istədiyini, hər cür kompromisdən çəkindiyini və müharibənin həllini istəmədiyini bəyan edir. Təbii ki, Paşinyan bu bəyanatları özünü sığortalamaq üçün verir, çünki Ermənistanın Azərbaycan qarşısında təkbaşına tab gətirə bilməyəcəyini yaxşı anlayır. Bu isə Paşinyanın baş nazir kreslosunda rahatlıq tapmadan oranı tərk etməsi deməkdir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər