Bakıda aparılan təmir işləri ilə əlaqədar, bir sıra küçə və prospektlər bağlanılacaq.
Bu barədə Teleqraf.com Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə istinadən məlumat verir.
Hazırda Zərifə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər aparılan təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib.
Bununla yanaşı paytaxtın Bülbül prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsindən Neftçilər prospekti ilə kəsişməsinə qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindan davam etdirildiyindən yolun həmin hissəsində bütün avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
28 May küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Neftçilər prospekti ilə kəsişməsinə qədər yolun həmin hissəsində bütün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.