24 İyul 2018 09:15
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai və Nizami rayonlarının bir hissəsinə (Qara və Ağ şəhər əraziləri, NZS, UPD, Keşlə qəsəbəsinin, Əhmədli kəndinin bir hissəsinə və Babək prospekti boyunca ərazilərə) gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Teleqraf.com-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

A.Cəbrayıllının sözlərinə görə, məhdudiyyətlər Babək prospektinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral kəmərin şəbəkəyə qoşulması və köhnə magistral xətlərin ləğvi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər