"Bu gün günorta saatlarında universitetlərə ixtisas seçimi başlayacaq. Builki qəbul imtahanlarında 74 438 nəfər iştirak edib. Ümumilikdə 91 498 nəfər ixtisas seçimində iştirak edəcək".
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
M.Abbaszadə bildirib ki, həmin şəxslərdən bəziləri V ixtisas qrupuna sənəd verənlərdir və onlar I və IV qrupa imtahan verməyib: "Onlar buraxılış imtahanları nəticəsi əsasında keçiblər. Avqustun 9-na qədər qabiliyyət imtahanı davam edəcək. Bu imtahanlar üçün 8277 nəfər qeydiyyatdan keçib. 14 015 nəfər komissiyada iştirak edəcək. 2378 nəfər isə kollecə ixtisas seçimi edəcək".
M.Abbaszadə qeyd edib ki, hər bir şəxsin bir ixtisas kodu dəyişirsə yerləşdirmədə müəyyən problemlər ortaya çıxır: "Kodların seçilməsi prosesi başlayır və yarım saatdan sonra bizə müraciət edirlər ki, seçimi ləğv edin və yenilərini seçəcəyik. Burdan müraciət edərək bildirirəm ki, seçimləri dəqiq edin".