“Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının” maliyyləşdirdiyi və Rəqəmsal İnkişaf İB-nin həyata keçirdiyi “Rəqəmsal alətlərlə gənclərin dayanıqlı inkişaf bacarıqlarının təkmilləşdirilməsi yönündə tədbirlərin təşkili” layihəsini artıq başa çatdı.
Layihənin məqsədi gənclərin yaradıcı təfəkkürünü rəqəmsal texnologiya və iqtisadi yeniliklərlə uzlaşdırılmasına nail olmaq idi. Gənclərə sahib olduğu enerjini, potensialı doğru istiqamətə yönəltmək və bundan cəmiyyətin inkişafı üçün səmərəli şəkildə istifadə etmək məqsədilə onlara təlimlər təşkil olundu. Təlimdə Rəqəmsal texnologiyaların üstünlüklərindən istifadə edərək binzes alətlərinin özəllikləri ilə vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılmasıa dair təşəbüslər həyata keçirildi. Belə ki, layihə dövründə 4 günlük təlim təşkil olundu. Təlimdə
Rəqəmsal alətlərin üstünlüklərindən istifadə edərək dayanıqlı inkişaf bacarıqlarının artırılması istiqamətində 4 günlük təlim proqramı həyata keçirildi. Bu təlim ərzində gənclər dəyişikliyi necə tətbiq etməyi və onu necə idarə etməyi , rəqəmsal alətlərdən biznes aləti kimi istifadə etməyi öyrəndilər.
Təlimlər zamanı gənclərə dayanıqlı inkişaf haqqında, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılandı.
Təlimdə Dayanıqlı İqtisadi İnkişaf Rəqəmsal alətdən biznes aləti kimi istifadə, rəqəmsal alətlər vasitəsilə imic analizinin aparılması, ünsiyyət strategiyası, rəqəmsal fəaliyyətlərin analizi, uğurlu idarəçiliyin əsas şərtləri, vaxtın idarə edilməsi, təqdimetmə bacarığı barədə iştirakçılara ətraflı məlumat verilib.
Təlim sonunda hər bir iştirakçı sertifikatla mükafatlandırılıb.
Eyn zamanda Layihə müddətində 10 (on) vərəqdən ibarət kiçik kitabçalar təqrtib olundu və çap edildi.