1 Avqust 2018 07:18
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa parlamenti tərəfindən qəbul edilmiş qanun məktəb və kolleclərdə müəyyən elektron qurğuların istifadəsini qadağan edir. 62 deputat qanun layihəsinin lehinə, 1 deputat isə əleyhinə səs verib.

Teleqraf.com “İKTnyus”a istinadən xəbər verir ki, yeni qanun təhsil müəssisələrində smartfon, planşet, noutbuk və hətta “ağıllı” saat daxil olmaqla istənilən elektron qurğudan istifadəni qadağan edir. Lakin əlil uşaqlar üçün elektron cihazlardan istifadəyə dair istisnalar nəzərdə tutulub. Qanun, həmçinin təhsillə bağlı, amma açıq havada keçirilən tədbirlərdə (məsələn, idman tədbirləri) elektron qurğulardan istifadəni qadağan edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər