2 Avqust 2018 00:14
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın vəziyyəti yaxşıdır.

Teleqraf.com xəbər verir ki, dünən Milli Onkoloji Mərkəzdə əməliyyat olunan 45 yaşlı aktrisa artıq reanimasiyadan palataya köçürülüb.

“Toppuş bacı” ginekoloji xəstəlikdən xilas olunduğunu bildirib: “Uşaqlıq boynunda bədxasəli şiş var idi. Əməliyyat nə az, nə çox 5 saat davam etdi və şiş götürüldü. İnşaallah, sağ-salamat öz sənətimə dönəcəm, yenə də səhnəmizdə olacam”.
/Qafqazinfo.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər