6 Avqust 2018 22:13
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanma mərkəzində monitorinq keçirib.

Bu barədə Teleqraf.com-a komitənin sədr müavini Elçin Şirinov məlumat verib.

E.Şirinovun sözlərinə görə, monitorinq zamanı saxlanma yerində 81 nəfərlə görüşüblər: "Komitə sədri Tural Hüseynov, mən, hüquqşünaslar Qartal Hüseynov və Rövşən Məmmədov saxlanma yerində monitorinq keçirdik. Saxlanma yerində olan 81 nəfər qanunsuz miqrantın əksəriyyəti Pakistan və Hindistan vətəndaşları idi. Qalanları isə Qazaxıstan, Özbəkistsn, Türküstan və Gürcüstan vətəndaşları idi. Monitorinq zamanı onların saxlanma şəraitləri ilə tanış olduq. Saxlanma şəraitləri yüksək səviyyədədir. Normal insan yaşayışı üçün bütün şərait yaradılıb".

E.Şirinov bildirib ki, mərkəz müasir standartlara uyğun təmir edilib: "Mərkəzdə müasir tədris mərkəzi fəaliyyət göstərir və orada miqrantlara Azərbaycan dili öyrədilir. Musiqi zalları, idman zalları, istirahət otaqları yaradılıb. Mərkəzdə kitabxana fəaliyyət göstərir. Ən əsası mərkəzdə miqrantların ailələri ilə danışması üçün beynəlxalq telefon aparatları quraşdırılıb ki, həmin telefonlarla miqrantlar xaricdə yaşayan ailə üzvləri ilə pulsuz danışa bilirlər.

Monitorinq zamanı qanunsuz miqrantlarla fərdi söhbətlər apardıq. Onlar saxlanma şəraiti və onlarla rəftardan narazılıq etmədilər. Miqrantların geyim təminatı ilə də maraqlandıq. Mərkəzin anbarında miqrantlar üçün lazım olan bütün paltarlar var idi və onlar bundan da pulsuz istifadə edirlər"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər