7 Avqust 2018 17:13
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlərdən narahat olan vətəndaşlar iddia edir ki, axır iki ay ərzində onlara əvvəlki aylarla müqayisədə daha çox borc yazılır. Elektrik enerjisinə maksimum 20-25 manat aylıq ödəniş edən abonent bu ay 40 manata yaxın çek gəldiyini deyir.

Yay aylarında elektrik enerjisinə tələbatın artmasını da nəzərə alaraq məsələ ilə bağlı Publika.az Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb.

Onun bildirdiyinə görə, əvvəlki aylara nisbətən iyul, avqust aylarının isti keçməsi abonentlərin elektrik enerjisindən daha çox istifadəsinə gətirib çıxarır:

"İsti hava şəraiti ilə əlaqədar hər kəs kondisioner işlədir. Bu da əlavə elektrik enerjisi sərfiyyatı deməkdir. İddialar əsassızdır, çünki abonentlərə elektrik sayağaclarının üzərində əks olunan sərfiyyata uyğun ödəniş yazılır. Yəni
abonentlər nə qədər enerji istifadə edirsə, o qədər də ödəniş edir. Məsələ ilə bağlı kiməsə qaranlıq qalan məqam varsa, müvafiq şöbəmizə müraciət edə bilərlər".


Müəllif: Könül

Oxşar xəbərlər