7 Avqust 2018 23:33
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən illərlə müqayisədə bu il ölkəmizə Pakistan və Hindistandan gələn turistlərin sayı artıb.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, cari ilin 6 ayında Pakistandan 4792 nəfər ölkəmizə səfər etmişdisə, bu ilin 6 ayında bu rəqəm 15231 nəfər olub. Həmçinin Hindistandan da ölkəmizə gələnlərin sayı 3 dəfəyə qədər artıb.

Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, hər iki ölkədən gələn turistləri ölkəmizin əsrarəngiz təbiəti və qiymətlərin münasib olması cəlb edir.

Ölkəmizdə turizm üçün yaradılan imkanlar hər fəsildə turist qəbul etməyə imkan verir. Artıq bəzi otellərdə boş yer qalmayıb.

Rəhman Quliyev deyir ki, Pakistan və Hindistandan, o cümlədən digər dövlətlərdən ölkəmizə turist axınının digər bir səbəbi də ictimai-siyasi sabitliyin təmin edilməsidir.

Elə ölkəmizə gələn turistlər də burda olan şəraitdən çox razı qaldıqlarını bildirirlər.

Turizm ekspertləri, mövsümün hələ sona çatmadıgını, qarşıdakı aylarda ölkəyə turist axınının davam edəcəyini proqnozlaşdırırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər