18 Avqust 2014 16:13
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurası “Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsinə start verib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdiriləcək layihənin məqsədi mətbuatda ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyini artırmaqdan, bununla əlaqədar neqativ cəhətlərin aradan qaldırılmasında ictimai aktivliyin təminatından ibarətdir.

Layihə 2014-cü ilin avqust-dekabr aylarını əhatə edəcək. Layihə çərçivəsində Gəncə və Şəki şəhərlərində “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa”ların təşkili planlaşdırılır. Həmçinin paytaxtda “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: mövcud durum və perspektiv vəzifələr” mövzusunda konfrans da keçiriləcək. “Dəyirmi masa”lar və konfransda kütləvi informasiya vasitələrinin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, dilçi alimlərin iştirakı nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər