Mərhum reper Anar Nağılbaz ölümündən öncə yeni bir film çəkməyə hazırlaşırdı. O, saytımıza müsahibə verərkən filmi üçün səsləndirdiyi monoloqu lenta almağımızı xahiş etmişdi.
Ölümündən iki ay əvvəl müsahibə verən reper həmin müsahibədən sonra Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindən Kefli İsgəndərin monoloqunu səsləndidi və bu görüntünü lentə almağımızı xahiş etdi.
Dediyinə görə, bu monoloqu yaxın günlərdə ekranlaşdıracağı filmə daxil edəcəkdi. O, həmin filmin intihar mövzusunda çəkiləcəyini demişdi.
Reperin heç yerdə yayımlanmayan görüntüsünü təqdim edirik /Yenicag.az/.