11 Avqust 2018 13:51
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə azyaşlı qızın yüksək sürətlə at çapma bacarığını nümayiş etdirən video görüntülər paylaşılmaqdadır.

Azərbaycan Respublikasının Atçılıq Federa­siyası tərəfindən bu video ilə maraqlanılmış, həmin materialda görüntülənən 9 yaşlı Gülay və onun atası Ağdam rayonunun Ətyeməzli kəndindən qaçqın düşərək Sumqayıt şəhərində məskunlaşmış Fərzəliyev Vüsal Qəzənfər oğlu Federasiya Prezidenti ilə görüşə dəvət olunub.

Teleqraf.com Dövlət Sərhəd Xidmətinin saytına istinadən xəbər verir ki, xidmətin rəisi, general-pol­kovnik Elçin Quliyev Gülay və onun atası ilə görüşüb. Səmimi ke­çən görüşdə Gülay at sürməyə 4 yaşından başlamasını, atçılıq idma­nına böyük maraq göstərməsini, gələcəkdə atçılıq idmanı ilə peşəkarcasına məşğul olmağın ən böyük arzusu olmasını bildirib. Söhbət zamanı Gülayın atçılıq idmanına olan marağının ARAF tərəfindən tam dəstək­lənəcəyi bildirilərək, at sürmə zamanı təhlükəsizlik qaydalarına riayət etməsinin mütləq vacibliyi izah olunub.

General-polkovnik Elçin Quliyev Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri olan süvari ekipirovkası ilə təmin edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər