11 Avqust 2018 20:44
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarından əsməyə başlayan güclü külək Biləsuvar rayonunda fəsadlar törədib.

Elektrik naqillərinin qırılması nəticəsində Ağalıkənd, Amankənd, Dövrüşlü və Ovçubərə də daxil olmaqla 6 kəndə enerji verilişi tam dayanıb, bəzi ərazilərə isə fasilələrlə verilib.

Bildirilir ki, fəsadların aradan qaldırılmasından sonra bu dəqiqələrdə həmin ərazilərə enerji verilişi bərpa olunub.

Hazırda rayonda küləkli hava şəraiti davam edir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər