13 Avqust 2018 16:32
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Kütləvi İnformasiya Vasitələri (KİV) Qazaxıstanda Xəzəryanı dövlətləri arasında keçirilmiş sammitdən yazıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna KİV sammitdə imzalanmış konvensiyanı “tarixi anlaşma” adlandırıb:

“Qazaxıstan, Rusiya, İran, Azərbaycan və Türkmənistan Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı anlaşdı. Qazaxıstanın Xəzərin sahilində yerləşən Aktau şəhərində keçirilmiş sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qatıldı.

Beləliklə, 1996-cı ildən ziddiyyətlərin aradan qldırılması ilə bağlı yaranmış gərgin müzakirələr böyük çətinliklərdən sonra xoş notlarla yekunlaşdı. Xəzər dənizinin enerji resurslarından daha çox istifadə edilməsini, səthinin birgə istifadə edilməsini nəzərdə tutan anlaşma eyni zamanda, Xəzər dənizi ilə sərhəd olmayan dövlətlərin bölgədə hərbi fəaliyyətlərini də məhdudlaşdırdı. Bu, Xəzərin sülh dənizi statusuna qaldırdı”.

Ukraynalı mənbələr xatırladır ki, indiyədək Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı SSRİ dönəmindən bu yana tərəflər arasında 50-dən çox görüş keçirilib: “Hər biri mübahisəli məqamlarla yadda qalan və gərgin məcrada keçirilən görüşlər nəhayət ki, başa çatdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər