13 Avqust 2018 17:15
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı 14 avqust saat 10:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Teleqraf.com-a verilən məlumata görə, 13 avqust saat 16:55-ə olan məlumata görə 44558 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 200 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.


Müəllif: Teleqraf.com