Bu gün Mövlud Mövludun doğum günüdü.
Dostumuzun, iş yoldaşımızın, "Teleqraf" holdinqin əməkdaşının, istedadlı bir yazıçının bu gün 29 yaşı tamam olur. Kaş indi yanımızda olardı, kaş onu təbrik edərdik.
Hamının doğması olan, hamıya doğma olmağı bacaran Mövlud daha heç vaxt üzümüzə gülümsəyə bilməyəcək.
Alnının qırışını qəfil yox eləyib bir top təbəssümünü səpməyəcək.
Teleqraf.com "Teleqraf" holdinqin dəstəyilə mərhum gənc yazar Mövlud Mövludun xatirəsinə həsr olunmuş "Çərpələngim şahiddir" qısametrajlı filmi təqdim edir.
Ruhun şad olsun, Mövlud!