14 yaşlı oğlan suda batdı - FOTO
Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində yeniyetmə suda batıb.
Məlumata görə, Bərdənin Bəjirəvan kənd sakini 14 yaşlı Yusif Qarayev qohumu ilə bu gün günorta saatlarında kanala çimmək üçün gedib.
Saat təqribən 18 radələrində qohumu Yusifin növbəti dəfə suya baş vurduqdan sonra suyun üzünə çıxmadığını görərək yaxınlıqdakıları köməyə çağırıb. Ancaq Yusif Qarayevin həyatını xilas etmək mümkün olmayıb. Yerli sakinlərin tərəfindən təqribən yarım saatlıq axtarışdan sonra yeniyetmənin meyiti sudan çıxarılıb.
Hadisə yerinə gələn Ağcabədi rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları ərazidə müayinə aparıb.
Baş verən faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır./ans/