16 Avqust 2018 15:05
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı zəvvarların Həcc ziyarəti başlayıb. Hər il olduğu kimi, bu dəfə də Həcc ziyarətinə gedənlər arasında idman adamları var.

Teleqraf.com Komanda.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşı Musa Qurbanov da Həcc ziyarətinə gedib.

Futbolçu kimi “Neftçi”, “Kəpəz”, “Turan”, “Daşqın” kimi komandalarda forma geyinmiş Musa Qurbanov, son olaraq Zaqatalanı 1-ci divizionda təsmil edən eyniadlı klubda prezident vəzifəsində çalışıb.


Müəllif: Teleqraf.com