17 Avqust 2018 10:46
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə Gürcüstan iqtisadiyyatına 1.8 milyard dollar investisiya yatırılıb. 2016-cı illə müqayisədə keçən il Gürcüstana sərmayə yatırımlarının həcmi 1.4 faiz artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Komitəsi (Gruzstat) məlumat yayıb.

Məlumata görə, xarici investisiyaların ümumi həcmində üç böyük investor ölkənin payı 58,7 faiz təşkil edib. Gürcüstandakı xarici investisiyalar üzrə ilk üç lider ölkə arasında Azərbaycan 465 milyon dollarla (24,6 faiz) birinci yerdədir.

Keçən il Gürcüstan iqtisadiyyatına Hollandiya 356,7 milyon, Türkiyə 286,3 milyon, Böyük Britaniya 248,9 milyon, Çexiya 142, 5 milyon, ABŞ isə 79,7 milyon dollar sərmayə qoyub.

İnvestorlar arasında Lüksemburq (68,3 milyon), BƏƏ (57,8 milyon), Panama (52,8 milyon) və Çin (40,3 milyon) kimi ölkələr də yer alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər