Heydər Əliyev mərkəzləri və ASAN Könüllüləri ulu öndərin siyasi kursunun, azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin, region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədilə sosial layihəyə start veriblər.
Bu barədə Teleqraf.com-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Layihə çərçivəsində Bərdə, Quba, Qəbələ, Mingəçevir və Masallı rayonlarında yerləşən Heydər Əliyev mərkəzlərində region gəncləri ilə görüşlər keçirilir. Görüşdə Heydər Əliyevin dövlətçilik fəaliyyəti, əlamətdar tarixi hadisələr, dövlət quruculuğu, gənclərin dünyagörüşünün və sosial-ictimai fəallığının artırılması ilə bağlı faydalı məlumatlar verilir, müzakirələr aparılır.
Həmçinin gənclər üçün kompüter və dil kursları, şahmat oyunları, kino günləri, kitab klubu, dəyirmi masalar təşkil olunur.