Avqustun 21-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsu qəbul edib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Latviya arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.