22 Avqust 2018 01:25
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda gənc qız naməlum şəraitdə itkin düşüb. 19 yaşlı Leyla Məmmədova avqustun 2 -də qardaşı oğluna hədiyyə almaq adı ilə evdən çıxıb və geri dönməyib. Ailə üzvləri onun qoşulub qaçması yaxud da qaçırılması ehtimalını istisna edir.

Ata 20 gün əvvəl müəmmalı şəkildə itkin düşən qızını axtarır.

İsa Məmmədovun sözlərinə görə, 19 yaşlı qızı Leyla Məmmədova yaşadıqları Sabunçu rayonu Maştağa qəsəbəsi Sovxoz yaşayış massivində səhər saat 9-dan evdən çıxıb və bir daha geri qayıtmayıb.

İsa Məmmədov deyir ki, qızının itigin düşdüyü gündən polisə məlumat verib. Ancaq hələ də axtarışlar heç bir nəticə verməyib. Leyla Məmmədova evdən çıxarkən əl çantasından başqa özü ilə heçnə götürməyib. İsa Məmmədov deyir ki , qızının sevdiyi olmayıb buna görə də qoşulub qaçması mümkün deyil. Ata qızının oğurlandığını iddia edir.

Çarəsiz qalan ata qızını görənlərdən xəbər vermələrini istəyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər