Bəhreynin müdafiə naziri, Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin baş komandanı, feldmarşal Şeyx Xəlifə bin-Əhməd əl-Xəlifənin başçılıq etdiyi nümayəndə heyətinin sentyabr ayında Azərbaycana səfəri planlaşdırılır.
Teleqraf.com-un məlumatına görə, Bəhreyn nümayəndə heyəti sentyabrın 11-dən 13-dək Bakıda keçiriləcək “ADEX-2014” birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılacaq.
Nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyində və Müdafiə Sənayesi Nazirliyində görüşləri də planlaşdırılır.