Türkiyə Daxil İşlər Nazirliyi Bingöl, Ağrı ve Tunceli bölgələrində PKK-ya yönəlik əməliyyatlarda 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, Bingöl valiliyi zərərsizləşdirilən 2 PKK-lının axtarışda olan terorçuların "boz siyahısı"nda yer aldığı barədə məlumat yayıb.
Məlumata görə, “Poyraz Agir” kod adlı 35 yaşlı Mehmət Şirin Özən və “Adil Havar” kod adlı 29 yaşlı Aykut Özkur məhv edilib. Əməliyyat zamanı bir əsgərin şəhid olduğu, 2 hərbçinin yaralandığı bildirilir.