26 Avqust 2018 15:58
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Babək qalasına sonuncu yürüş ərəfəsində saxlanılan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri 2 aya yaxındır Tehranın Evin zindanının 209-cu korpusunda qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Güneyə bağlı saytlar məlumat yayıb.

Qeyd olunur ki, İ.Nuri iyulun 2-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq ETTELAAT-in nəzarətində olan Evin zindanının 209-cu korpusuna aparılıb. Uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılan fəalın ümumi vəziyyəti haqda heç bir məlumat yoxdur. Saxlanılmadan bir neçə gün əvvəl ETTELAAT ona və qardaşı Fərəc Nuriyə Babək qalası yürüşünə getməməklə bağlı xəbərdarlıq edib. Onlara bildirilib ki, yürüşə qatılacaqları təqdirdə saxlanılacaqlar.

Avqustun 17-də fəalın qardaşı mərhum Həbib Nurinin birinci ildönümü mərasimi keçirilib, həbsxanada saxlanılan İ.Nuri qardaşının yas mərasimində iştirak edə bilməyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər