Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daha iki köməkçisi təyin edilib.
Yeni təyin edilən köməkçilər Emin Hüseynov və Xalid Əhədovdur.
Bununla da Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı 6-ya çatıb.
Qeyd edək ki, Birinci vitse-prezidentin digər 4 köməkçisi Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.
Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin edilən Xalid Əhədovun kimliyi ilə bağlı oxuculara aşağıdakı məlumatı təqdim edirik.
Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub.
Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olur və Barcelonada MBA təhsili alıb.
Xalid Əhədov uşaqlıqdan oxumağa böyük marağı olub. Verdiyi bir müsahibəsində qeyd edib: "Uşaqlıqda riyaziyyatçı olmaq və Ferma teoremini sübut etmək istəyirdim.
Məktəbdə yaxşı oxuyurdum. 1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi oldum, bizim yığmamızın üzvü idim".
O, tələbəlik illərindən işləməyə başlayıb.
Elə həmin dövrlərdə bir sıra yerli və xarici elmi jurnallarda müxtəlif məqalələri işıq üzü görüb.
Professional fəaliyyəti:
1999-cu ilin mart ayı - «Bank of Baku» - komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri
2005-ci il - Bank of Baku- idarə heyəti sədrinin müavini.
2012-ci il - Unibank- İcraedici komitənin üzvü.
2015 il - Unibank- İcraçı Direktor vəzifəsi.
12.07.2016 - “Bank Standard” - baş direktor
2.12.2016 - "Azər Türk Bank" - İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi
10.01.2017 - "Beynəlxalq Bank" - İdarə Heyətinə sədr
14.03.2018 - "Beynəlxalq Bank" - Müşahidə Şurasının üzvü
Qeyd olunan vəzifələrlə yanaşı, o Atəşgah sığortanın müşahidə şurasının üzvü, Millikart prosesinq mərkəzinin Direktorlar şurasının sədri vəzifələrinidə icra edib.
Xalid Əhədov, CFA 3 səviyyəsinə namizəddir.
Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.