Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - Cari problemləri tərəfdaşlarınızla müzakirə edin. İşdəki ağırlıq və yükü bölüşdürün. Əvvəllər dilə gətirilməyən, sirli saxlanan məsələlər gündəmə gələ bilər.
Maddi və fiziki resurslarınızı tükətməyin. Çətin qərarı təxirə salmayın. Əsas işi seçin, ikinci dərəcəli məsələləri təxirə salın.
Məntiqli və soyuqqanlı olsanız, daha çox iş görə bilərsiniz. Məhsuldarlığınız çalışdığınız şəraitdən asılıdır. Gərəkli vasitələr və avadanlıq əl altında olmalıdır. Ətrafınızdakı insanlarla yalnız zərurət yarananda təmasda olun.
Buğa - Səfər, səyahət və ezamiyyət üçün uğurlu gündür. Yeni işə başlamaq, yaşam arealında yeniliklər etmək olar. Şəxsi məsələlərin həlli, dostlarla görüş, sevdiyiniz insanla görüşü təxirə salmayın. Dükanlara baş çəkin, alış-veriş edin. Gərginlik hiss edirsinizsə, yaşanan problemlərin istisnasız olaraq hamısının sizinlə bağlı olduğunu düşünməyin. Tərəfdaşlarınız və ya iş yoldaşlarınızdan gözləntilərinizə tam uyğun davranmağı tələb etməyin.
Problem və səhvlərə qapanmayın. Sədləri aşmaq, maneələri dəf etmək mümkündür. Bir mövzuya diqqətinizi yönəldin. Gəlir və ya mənfəət hiss etdiyiniz yerdə, mövzunun perspektivdə inkişaf edə biləcəyi müstəvidə qətiyyətli olun.
Əkizlər - Oxşar maraqlar, məqsədlər və planlarınız olan insanlarla bir araya gəlmək pis olmaz. Gün sakit deyil, əhvalınız dəyişə bilər. Olayların axarı təmasda olduğunuz insanlar və gördüyünüz işlərdən asılıdır.
Zamandan məqsədə çatmaq üçün maksimum istifadə edin. Hər problemin həlli üçün birbaşa müdaxilə yaramır.
Təmkinli və soyuqqanlı davranış gərəksiz problemlərdən qurtulmağa yardım edə bilər. Kommersiya işlərində uğurlu gündür. Axşam saatlarında romantki şəraitdə görüşü reallaşdıra bilərsiniz. Birgə planları müzakirə edin.
Xərçəng - Təmaslar, əlaqələr, gələn məlumatların sayı sürətlə artır. Səhər saatlarından etibarən qətiyyətli və inamlı olun.
Kiçik problemlərlə qarşılaşanda ruhdan düşməyin, geri çəkilməyin. Əhvalınız yaxşılaşacaq. Amma praktiki olun, hər addımı ölçüb-biçin, diqqətli davranın. Yaşamınızda şüurlu dəyişikliklərə başlaya bilərsiniz. Ehtiyac yaranarsa, sərt davranın. Şəxsi münasibətlərdə həssas olun, maliyyə məsələlərinin çözümündə hesabı unutmayın.
Ev işləri ilə məşğul olun. Ailə üzvlərinin maraqlarını yaddan çıxarmayın. Onlar sizdən diqqət və qayğı gözləyirlər.
Şir - Aktivliyinizi artırın. Görüş, müzakirələr, yaradıcılıq aktivliyinizin izharı uğurlu olacaq. Ətrafınızdakı insanların maraqlarına zidd olarsa, niyyətinizi açıqlamayın.
Yaxın gələcəkdə işlərinizə ciddi təsir edə biləcək yeniliklər ola bilər. Hansısa mövzunu hərəkətə gətirin. Stereotip anlamlardan qurtulun. Şərtlərin təsiri ilə planlarınızı dəyişmək ehtiyacına bir qədər sadə baxın.
Axşam saatlarında dəvət aldığınız yerə gedin.
Tələsməyin, kəmhövsələ olmayın. Maraqlarınızı bölüşən insanla söhbətləşin.
Qız - Yaxın günlərdə dürüst hərəkət etmək üçün prioritetləri yanlış müəyyənləşdirməyin. Gerçəkdən də mühüm məsələləri həll etmək şansı yaranır. İşgüzar fəaliyyətlə bağlı maraqlı imkanlar yaranarsa, istirahəti təxirə salın.
Bir çox mövzunu fərqli yollarla enerji ilə zənginləşdirə bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan birindən dəstək və ya yardım almaq istəyirsinizsə, məsləhətləri qulaqardına vurmayın. Əks təqdirdə həmin insanın sizə olan marağı itəcək.
Maraqlandığınız məsələ işə məşğul olun, həmfikirləri ətrafınıza toplayın, müxtəlif mövzuları müzakirə edin.
Sözügedən proses bilavasitə, praktiki xeyir verə bilər. Əks cins mənsubu ilə təmaslar xoş olacaq.
Tərəzi - Ayın ən effektiv və məhsuldar günüdür. Sizin üçün təxirəsalınmaz, ciddi məziyyətə malik işlə məşğul olun. Enerji potensialı yüksək olduğundan problemlərin və məsələlərin sürətli həllinə çalışın. Yerdəyişmə, ünsiyyət, əlaqələrin bərpası, yeni tanışlıqlara ehtiyac duyula bilər.
Sonradan önəmli rol oynaya biləcək nüanslarla xırdalıqlara fikir verin. Çoxdan tanıdığınız, bələd olduğunuzu düşündüyünüz insanla münasibətlərdə yeni məqam aşkarlanır.
Axşam saatlarını evdən kənarda, dostlar və ya sevdiyiniz insanla keçirə bilərsiniz.
Əqrəb - Emosiyaların işə və effektiv fəaliyyətə mane olmaması üçün gərəkli balansı məyyənləşdirin. Uzunmüddətli mübahisələrə qatılmayın. Ətrafınızdakı insanlardan biri sizə maraqlı məsləhət verəcək. Bu gün ciddi anlaşma və ya razılaşma əldə etmək çətindir. Müstəqil fəaliyyət daha yaxşı, əhəmiyyətli nəticələr verə bilər.
Romantik münasibətlərdə mütləq şəkildə ənənəvi davranış modelinə, rəğbət və diqqət izharının formatına riayət edin.
Axşam saatlarında gözəl məkanda dincəlməyə çalışın.
Oxatan - Görüş və danışıqlar hansısa məsələnin maliyyə yönlərini ön plana çəkəcək. Həmsöhbətin şirin dilinə, vədlərinə uymayın. Fəaliyyətlə işdəki rol bölgüsünü məntiqi baxımdan araşdırın, problemli məqamları nəzərdən keçirin. Bilik və bacarıqlarınızı nümayiş etdirin.
Perspektivlərinizi genişləndirin.
Günün ikinci yarısında aktiv olun. Plana riayət edərək mümkün qədər çox iş görməyə çalışın. Sabaha yarımçıq iş saxlamayın.
İstirahəti unutmayın, əks təqdirdə ertəsi günə yorğun başlayacaqsınız.
Oğlaq - Ailənin maraqlarını hər şeydən üstün tutun. Sevdiyiniz insanların qayğısına qalın. İşlərin düzgün təşkilatı və qayda indi önəmli məsələdir. Hadisələrin məcrasına təsir etmək istəyirsinizsə, düşünülməmiş addımlar atmayın.
Tərəfdaşın tempini anlayın. Onun aktivliyi, ambisiyaları və qətiyyəti ümumi işin xeyrinədir. Məqsədə doğru dinamik hərəkət edin.
İdeyalarınız imkanlarınızın spektrini genişləndirəcək. Cari məsələlərlə bağlı tələskənliyə yol verməyin.
Axşam saatlarında zahiri görünüşünüzə fikir verin.
Dolça - Sakit gün olmayacaq. Yeni ideya və təşəbbüsləriniz var. Bir yerdə oturmaq çətindir. Əlaqələr, təmaslar, yerdəyişmələr çoxdur. Ünsiyyət və təmaslarda rəvanlıq olmayacaq. Sözlərinizə fikir verin. Ətrafınızdakı insanların qəlbinə toxunmamaq üçün sayıq davranın.
Aktivlik pozitiv səciyyəli olmalıdır. Axşam saatları ünsiyyət, yeni əlaqələr və tanışlıqların yaradılması üçün əlverişlidir. Şəxsi münasibətlər müstəvisində etiraflar, birgə planların müzakirəsi və sirlərin bəzilərinin faş edilməsi üçün əlverişli zamandır.
Səfər və ya səyahətə çıxmaq olar. Daxili tarazlığı qorumaq üçün sinirlənməyin. Yaşam arealı və iş yerinizdə qayda yaradın.
Balıqlar - Səbirli və uzaqgörən olun. Böyük planlar və gözləntilər problemlərlə qarşılaşa bilər. Soyuqqanlı olun, kiçik və xırda məsələlərə sinirlənməyin.
Çətinliklər situativ səciyyəli olduğundan onları asanlıqla dəf edə bilərsiniz. Əks cins mənsubuna qarşı diqqətli olun. Ünsiyyətdə şəxsi məsələləri müzakirə etməkdən yayının. Axşam saatlarında sakit istirahəti seçin. Təbiət qoynunda, dostlarla birlikdə vaxt keçirin. Romantik görüş stressdən qurtulmağa yardım edər.
Milli.Az