30 Avqust 2018 07:02
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Instaqram”da sorğu göndərilməsi ilə hesabın yoxlanılması imkanı əlçatan olub. Bunun üçün istifadəçinin kimliyini təsdiq edən sənəd təqdim etmək lazımdır. Bu haqda xidmətin saytında məlumat verilib.

Teleqraf.com “İKTnyus”a istinadən xəbər verir ki, hesabın yoxlamadan keçməsi üçün onun xidmətin norma və qaydalarına uyğun olması lazımdır. Bundan başqa, sorğunun göndərilməsi hesabın dəqiq yoxlanılacağına zəmanət vermir. “Instagram” hesabın yoxlanılması ilə bağlı qərar çıxararkən hər bir hesabın həqiqiliyi, unikallığı, bütövlüyü və populyarlığını nəzərə alacaq.

Bundan başqa, istifadəçilər “Instagram” xidmətində populyar hesablar haqda informasiya əldə edə biləcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər