“Qarabağ” klubunun qitə miqyaslı yarışda iştirakı Azərbaycana bağlı olan Dağlıq Qarabağın bir ifadəsi kimi xüsusi əhəmiyyət kəsb edir.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib:
“Qarabağ” bütün hallarda bir xarakter komandasıdır. Oyunçular gəlir-gedir, lakin komandanın xarakteri dəyişmir. Bu qələbə də yenə minimum proqramın gerçəkləşməsi idi. Avropada bu adı yenə də Azərbaycanla bağlı bir məkanın ifadəsi kimi yaddaşlarda saxlamaq lazımdır və bu da baş verdi.
Çempionatı zəif olan bir ölkənin lider klubu kimi öz məsuliyyətini anlamaq vacib şərtlərdən biridir.
Qurban Qurbanovun liderliyində komanda üzvləri bunu anladığına görə belə bir uğura təkrar imza atdılar. Bu dəfə qrup mərhələsindən çıxacaqlarına da qətiyyən şübhəm yoxdur. Bu cür komanda ruhuna məğlubiyyət yaraşmır”.