31 Avqust 2018 17:39
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən hacıların ilk qafiləsi sabah Vətənə qayıdacaq.

Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, hazırda Səudiyyə Ərəbistanında olan Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, hazırda hacıların əksəriyyəti Məkkə şəhərindən Mədinəyə gedir: “Hacıların səhhəti qənaətbəxşdir”.

QMİ rəsmisi qeyd edib ki, hacıları Azərbaycan gətirəcək ilk təyyarə reysinin Bakı vaxtı ilə səhər saat 05.00-da yola çıxması nəzərdə tutulur: “Sentyabrın 4-nə kimi bütün hacılar Vətənə qayıtmalıdır”.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb. Bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər