19 Avqust 2014 17:02
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki (Niderland Krallığı) Birləşmiş Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə hazırlanan partlayıcı qurğularla mübarizə" mövzusunda təlimə başlanıb.

Teleqraf.com Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mühəndis xidmətinin bir qrup zabiti üçgünlük təlim kursuna cəlb olunub. Təlimin ilk günü hərbi tərəfdaşlıq və digər mövzuların təqdimatı ilə yadda qalıb.

Keçirilən kursda mühəndis xidmətinə cavabdeh zabitlər hərbi biliklərini təkmilləşdirəcəklər. Təlim zamanı "Əldə hazırlanan partlayıcı qurğuların törətdiyi fəsadlar və bu qurğulara qarşa müdafiə sistemlərinin təhlili" və digər mövzular üzrə seminarlar keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər