19 Avqust 2014 17:06
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə dünyasını dəyişən mərhum alim-cərrah Cavad Heyətin varisinin kim olduğu bəlli olub.

Elmi, tibbi, ictimai fəaliyyətlə məşğul olan C.Heyət elmi və mənəvi irsini qardaşı oğlu, hazırda Ankara Universitetində çalışan Məmmədrza Heyətə vəsiyyət edib. Bu fakt mərhumun vəsiyyətində də öz əksini tapıb.

Bu barədə mərhumun mənəvi oğlu Zülfi Baxşəli məlumat verib.

C.Heyət uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. Onun İranda dəfn olunması gözlənilirdi.

İran səfirliyi alim-cərrahın köhnə vəsiyyətnaməsinə əsasən, Tehranda dəfn olunmasının vacibliyini vurğulayırdı.

Lakin Z.Baxşəli yeni vəsiyyətnamədə Bakı şəhərinin qeyd olunduğunu bildirib. Məşhur alim Fəxri Xiyabanda torpağa tapşırılıb.

modern.az


Müəllif:

Oxşar xəbərlər