Litvada yaşayan azərbaycanlı stilist “qadın”ın şəkilləri ölkədə qızğın müzakirələrə səbəb olub.
Teleqraf.com lent.az-a istinadən xəbər verir ki, üç ildir Litvada yaşayan 20 yaşlı Raul Məmmədlinin qadın paltarında çəkdirdiyi fotolar sosial şəbəkə istifadəçilərinin müzakirə predmetinə çevrilib.
Şəkilləriylə litvalı kişilərin ağlını başından çıxaran R.Məmmədli kişilərin ona həddindən çox diqqət yetirməsindən təəccüblənmir: “Çox kişilər mənimlə danışan zaman kişi olduğumu hiss etmirlər. Gecə klubunda olarkən bir oğlan yaxınlaşıb dedi ki, heyf ki, sən qız deyilsən. Biri yaxınlaşıb telefon nömrəmi istədi”.
R.Məmmədli cinsiyyətini dəyişmək barədə hələlik düşünmür: “Hazırkı görkəmim məni qane edir”.